27.05.2017

Zərdabda Respublika Günü qeyd edildi

28 May Respublika Günü münasibətilə Zərdab rayonunda silsilə tədbirlər keçirilib. İcra strukturlarının,hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon toplantısında İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bildirib ki,99-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti qədim köklərə söykənən tariximizdə müstəsna rola malikdir.

Rayon rəhbəri vurğulayıb ki, 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycan dövləti məhz Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyətli siyasəti,xilaskarlıq missiyası sayəsində daha da qüdrətlənib.Bu gün müstəqil Azərbaycan regionun lider dövləti kimi beynəlxalq tədbirlərə ev sahibliyi edir.Bir çox beynəlxalq və regional layihələrdə əsas aparıcı qüvvəyə çevrilib.

Toplantıda qeyd edilib ki,Zərdab rayonunun sosial-iqtisadi inkişafı,simasının müasirləşdirilməsi Ulu Öndər Heydər Əliyevin quruculuq siyasətinin uğurlu davamının nəticəsidir.Son illərdə rayonda çoxsaylı sosial və istehsal təyinatlı obyektlər istifadəyə verilib. 


Açar sözlər: ,  ,