21.08.2017

Zərdab rayonunda “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə ixtisasartırma təlimləri uğurla davam edir

Zərdab rayonunda məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlimlər keçirilir. 6 günlük təlimin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual,fiziki və psixi inkişafını,sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını,sağlamlığının qorunmasını, estetik tərbiyəsini,təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlimləri uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikatlar veriləcək.