15.10.2017

Bilik günü qeyd olunub

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına uyğun olaraq ölkəmizin bütün təhsil müəssələrində olduğu kimi rayonumuzun məktəblərində də sentyabrın 15-də Bilik günü bayramı təşkil olundu.Bu təntənələrdə şagirdlər və müəllimlərlə yanaşı valideynlər də sevinc və fərəhlə iştirak etdilər.

Yarməmmədbağı kənd tam orta məktəbində keçirilən Bilik günü tədbirində Zərdab rayon İH-nin başçısı cənab L.Babayev iştirak etdi.Rayonumuzun rəhbəri ölkəmizin sürətli inkişafından,o cümlədən Zərdabın son 10 ildə iqtisadiyyatın müxtəlif sahələrində,xüsusən təhsil sahəsində qazanılan nailiyyətlərdən danışdı.Qeyd etdi ki,respublikamızın prezidenti cənab İlham Əliyevin,Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevanın təhsilin inkişafına diqqət və qayğıları sayəsində son illərdə rayonumuzda neçə-neçə məktəb tikilmiş,bir çox təhsil ocaqlarımız əsaslı təmir olunmuşdur.Bu qayğının nəticəsidir ki,bu il rayonumuz üzrə 165 gənc ali məktəblərə qəbul olunmuşdur.Sevindirici haldır ki,Yarməmmədbağı kənd tam orta məktəbini bu il qızıl medalla bitirmiş Aytən Şirinova qəbul imtahanlarında 662 bal ,məktəbin qızıl medallı məzunu Cəvahir Əhmədova 645 bal toplayaraq tələbə adı qazanmışlar. Hörmətli L.Babayev iştirakçıları Bilik bayramı münasibətilə təbrik etdi,müəllim və şagirdlərə yeni-yeni uğurlar arzuladı.

Bilik günü bayramı Lələağacı kənd ümumi orta məktəbində də böyük təntənə ilə keçdi və buda səbəbsiz deyildi.Yarməmmədbağı kənd tam orta məktəbini bu il qızıl medalla bitirərək ali məktəblərə yüksək balla qəbul olan iki məzun bu məktəbdə ümumi orta  təhsillərini başa vurmuşlar.

Bilik günü bayramında rayon İH-nin başçısı cənab L.Babayev iştirak və çıxış etdi.Lələağacı kənd ümumi orta məktəb kollektivini son təhsil ilindəki uğurlarını yüksək dəyərləndirdi,onları bu münasibətilə təbrik etdi,yeni dərs ilində yeni-yeni nailiyyətlər arzuladı.


Açar sözlər: ,  ,