10.09.2018

Zərdabda təhsil işçilərinin rayon konfransı keçirilib.

10 sentyabr 2018-ci il tarixdə Zərdabda  təhsil işçilərinin rayon konfransı keçirilib.

    Konfransda rayon rəhbərliyi,Respublika Təhsil Nazirliyinin nümayəndəsi,Rayon Təhsil Şöbəsinin rəhbərliyi,məktəb direktorları,yerli icra və bələdiyyə orqanlarının rəhbərləri,idarə,müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

    Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
    Zərdab rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmrəliyeva “2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi ilə çıxış edib.Məruzədə təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən,ötən dərs ilində qazanılan uğurlar,qarşıda duran vəzifələr konfransda ətraflı təhlil olunub.Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyeva bildirib ki, Zərdabda məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi,onlarla təhsil ocaqları üçün müasir tədris binalarının tikilməsi və ya əsaslı təmiri  müsbət nəticələrini göstərir.Müasir təlim metodlarını, informasiya texnologiyalarını mənimsəməyə çalışan zərdablı pedaqoqlar  tədrisin keyfiyyətini artırmağa nail olurlar.

     Hal-hazırda Zərdabda 44 ümumtəhsil məktəbi fəaliyyət göstərir.Bu məktəblərdə 7 min nəfərə yaxın şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1000 nəfərədək pedaqoji işçi məşğul olur.Bu il Alıcanlı və Burunlu kəndlərində modul tipli ümumi orta məktəb binaları istifadəyə verilib.Şəhər 1 nömrəli məktəb-liseyin binasında əsaslı təmir işləri yekunlaşmaqdadır. Bir kənd tam orta, bir kənd və bir şəhər ümumi orta və 2 kənd ibtidai məktəblər üçün modul tipli təhsil ocaqlarının qurulmasına hazırlıq işləri aparılır.Rayonun 44 ümumtəhsil məktəbindən 28 tam orta məktəblərindən 447 nəfər XI sinfi bitirib.O, bu il 193 nəfər məzunun ali məktəblərə qəbul olduğunu, onlardan 500-dən çox bal toplayanların 30 nəfər, 600-dən çox bal toplayanların isə 11 nəfər olduğunu bildirib,həmçinin 1 nəfər isə 695 bal toplamışdır.Məruzədə, həmçinin ötən dərs ilində rayon məktəblilərinin müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında qazandıqları nailiyyətlər barədə də geniş məlumat verilib.Təhsil islahatlarının əhəmiyyətindən, bu vacib sahənin inkişafına davamlı dövlət qayğısından danışan  Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev gənc kadrlara diqqət və qayğının vacibliyindən,pedaqoji kollektivlərin potensialından daha səmərəli istifadənin  zəruriliyindən bəhs edib.
          Konfransın sonunda rayonda təhsilin inkişafındakı səmərəli xidmətlərinə görə bir qrup müəllimlər mükafatlandırılıb.