08.09.2018

Zərdabda tələbələrlə görüş keçirildi.

Zərdab Rayon İcra Hakimiyyətində 2018-ci ildə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib.
Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, bu il tam orta məktəbləri bitirən 447 nəfər məzundan 193 nəfər tələbə adını qazanıb, onlardan  11 nəfəri 600-dən çox bal toplayıb. Ölkə başçısının diqqət və qayğısı nəticəsində bu il rayonda 2 yeni məktəb istifadəyə verilib, 1 məktəb əsaslı təmir olunub, 2 uşaq bağçası tikilib, 5 məktəbin tikilməsi üçün sərəncam imzalanıb.
Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə qiymətli hədiyyələr təqdim olunub.