19.12.2018

“Mübariz yolunun mübarizləriyik” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib

Bu gün,19 dekabr 2018-ci il tarixdə Zərdab rayon Çallı kənd tam orta məktəbində “Mübariz yolunun mübarizləriyik” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.

Tədbirə Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin əməkdaşları Vüqar Abbasov və Rəşad Fətəliyev, Zərdab rayon veteranlar birliyinin sədri Seyfi Həsənov, Rayon Əlillər Cəmiyyətinin sədr müavini Rövşən Novruzov, Çallı kəndində 5 şəhidin valideynləri və yaxınları, Çallı kəndinin Qarabağ müharibəsi qaziləri-Ceyhun Rəsulov,Seymur Süleymanov, Tariyel Qasımov, Kamran Vahidov,Akif Vəliyev, Mövsüm Eminov və başqa qonaqlar dəvət olunmuşdular.

Tədbirdə məktəbin 9-11-ci sinif şagirdləri iştirak edirdi.Azərbaycanın Dövlət Himni səslənəndən sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş video çarxa baxılıb.

Tədbiri məktəbin direktoru Babək Mikayılov açaraq qonaqları salamladı və dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirərək, Qarabağ müharibəsinin tarixindən geniş məlumat verdi. Çallı kəndinin 5 şəhidinin timsalında Azərbaycanın azadlığı uğrunda qurban getmiş bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra məktəbin direktoru çıxışında dövlətimizin şəhidlərə, əlillərə və qazilərə qayğı göstərildiyinini bildirib.O, gənclərimizi hərbi məktəblərdə təhsil almağa dəvət edib. Sonra qonaqlara söz verilib. Qonaqlardan Seyfi Həsənov, Rövşən Novruzov, Tariyel Qasımov, Akif Vəliyev, Seymur Süleymanov keçdikləri döyüş yolundan danışıblar. Şəhid atası Surət Eminov belə tədbirin təşkili üçün məktəb rəhbərliyinə minnətdarlığın bildirdi.Tədbirin sonunda Şəmistan Əlizamanlının “İgid əsgər” mahnısı səsləndirilib.

Məktəbin direktoru Babək Mikayılov hərbi-vətəpərvərlik mövzusunda belə tədbirlərin xüsusi əhəmiyyətini qeyd etməklə şagirdlərdə bu ruhda əhval-ruhiyyənin müsbət rolunu vurğuluyaraq tədbirə yekun vurub.


Açar sözlər: