29.03.2019

Zərdab RTŞ-də "31 mart Azərbaycanlıların soyqırımı" gününə həsr olunmuştədbir keçirildi 

Zərdab RTŞ-də 29 mart 2019-cu il tarixdə "31 mart Azərbaycanlıların soyqırımı" gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə təhsil şöbəsinin işçiləri,rayonun ümumtəhsil məktəblərin direktorları iştirak edirdilər.Tədbiri giriş sözü ilə RTŞ-nın müdüri Lalə Əmrəliyeva açdı və 31 mart soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.31 mart soyqrımının əsas səbəbləri və nəticələri barədə geniş məlumat verdi.Sonra çıxış edən məktəb direktorlarından Kamal Soltanov,Həsən Abulov,Rəna Əhmədova,Babək Mikayılov,Elvin Məmmədov 31 mart soyqırımın ətrafında geniş çıxışlar etdilər.