Gülağa Mirzəağa oğlu İsgəndərov

Gülağa Mirzəağa oğlu İsgəndərov 1963-cü ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib. 1986-1995-ci illərdə Zərdab rayonunun Gödəkqobu və Hüseynxanlı kənd orta məktəblərində müəllim, 1995-2007-ci illərdə Salahlı kənd tam orta məktəbin direktoru vəzifələrində çalışıb.

Gülağa müəllimin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək 04 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2364 nömrəli sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilib.

Gülağa İsgəndərov Təhsil Nazirinin 11 dekabr 2019-cu il tarixli 01-09-290/17 nömrəli razılıq məktubu və Zərdab Rayon İcra Hakimiyyəti başçısının 12 dekabr 2019-cu il tarixli 233 nömrəli əmri ilə Zərdab RTŞ-nin müdiri vəzifəsinə təyin edilib.

Evlidir, 2 övladı var.