16.03.2021

Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüş

 

Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinin qalibi olmuş məktəblilər Zərdab RTŞ-nin müdiri Gülağa İsgəndərov tərəfindən qəbul edilmişdir.

 

Qeyd edək ki, yüksək nəticə göstərərək final turuna vəsiqə qazanmış hər iki məktəbli - Həsənzadə İbrahimxəlil Azər oğlu və Abdullayev Rüfət Daşqın oğlu H.Zərdabi adına 1 saylı məktəb-liseydə təhsil alır.

 

Keçirilən görüşdə qazanılmış uğur münasibətilə  RTŞ-nin müdiri Gülağa İsgəndərov məktəb-liseyin direktoru Vüsalə Kərimova, sinif rəhbəri Nailə İsayeva, fənn müəllimləri Kifayət İmanova və Əminə Hüseynovaya təşəkkürünü bildirmişdir.

 

Həmçinin RFO-nun final mərhələsinə hazırlıq işlərinin təkmilləşdirilməsi məqsədilə məktəb-liseyin rəhbərliyinə tapşırıq və tövsiyələr verilmiş, şagirdlərə yeni-yeni nailiyyətlər arzu edilmişdir.