24.02.2022

Rəsm sərgisinin qalibləri təltif olunub

Rəsm sərgisinin qalibləri təltif olunub

 

Xocalı soyqırımının otuzuncu ildönümünün qeyd olunması ilə əlaqədar Təhsil Nazirliyinin və Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir.

Şagirdlər arasında "Xocalı fəryadı" adlı rəsm sərgisi keçirilib və fərqlənən şagirdlər təltif olunub. Belə ki, Təhsil Şöbəsində yaradılmış komissiyanın yekun rəyinə əsasən 1-ci yerə Gəlmə kənd tam orta məktəbin şagirdi İsmayılzadə Aydan Zahir qızı, 2-ci yerə Bıçaqçı kənd tam orta məktəbin şagirdi Yusifova Xatirə Ruhulla qızı, 3-cü yerə isə Otmanoba kənd ümumi orta məktəbin şagirdi Müslümova Xədicə Zülfi qızı layiq görülüb.

Qalibləri təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq.