11.03.2022

Zərdablı müəllimlər təhsil naziri tərəfindən təltif olunub

Zərdablı müəllimlər təhsil naziri tərəfindən təltif olunub

 

Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayev Mərkəzi Aran Regional Təhsil İdarəsinə daxil olan rayonların təhsil işçiləri ilə görüşüb.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirin əvvəlində təhsil naziri müvafiq rayonların ümumtəhsil müəssisələrində çalışan və ali məktəblərə yüksək balla qəbul olunmuş gənc müəllimlərlə görüşüb. Təhsil naziri gənc müəllimlərin problemləri ilə maraqlanıb, onların fikirlərini dinləyib.

Görüşdə iştirak edən Çallı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tükəz Lətifli və Aşağı Seyidlər kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Əsgər Yolçuyev gənc nəslin təlim-tərbiyəsindəki səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunublar.

Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi adından gənc müəllimlərinizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.