04.04.2022

Respublika fənn müsabiqələrinin rayon mərhələsi keçirilib

Respublika fənn müsabiqələrinin rayon mərhələsi keçirilib

 

H.Zərdabi adına 1 saylı məktəb-liseydə ümumtəhsil məktəblərinin Vl-Vll sinif şagirdləri arasında Respublika fənn müsabiqələrinin rayon mərhələsi keçirilib.

Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində rayon üzrə 189 şagird iştirak edib.

Şagirdlər müsabiqənin nəticələrini 11 aprel tarixindən etibarən www.portal.edu.azwww.olimpiada.edu.az saytlarından, eləcə də təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.