08.04.2022

"Şuşa İli" ilə bağlı tədbir keçirilib

               "Şuşa İli" ilə bağlı tədbir keçirilib

 

Zərdab Rayon Təhsil Şöbəsinin təşəbbüsü və H.Zərdabi adına 1 saylı məktəb-liseyin təşkilatçılığı ilə "Əziz Şuşa, biz qayıtmışıq!" adlı tədbir keçirilib.

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, rayonun bir sıra idarə və təşkilatların, həmçinin təhsil müəssisələrinin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və bir qrup yuxarı sinif şagirdi iştirak edib.

Əvvəlcə məktəblilər tərəfindən "Şuşa İli" mövzusunda hazırlanan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirin rəsmi hissəsi şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov ölkəmizdə "Şuşa İli"nin keçirilməsinin əhəmiyyətini vurğulayıb, əldə olunan tarixi Zəfər münasibətilə rayonun təhsil işçiləri adından Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

Tədbirin proqramına uyğun olaraq şagirdlərin hazırladıqları şeir parçaları səsləndirilib, müxtəlif kompozisiyalar nümayiş etdirilib.

Sonda çıxış edən Zərdab RİH başçısı cənab Mərdan Camalzadə tədbirin əhəmiyyətini qeyd edib, xalqımızın igid oğullarının şücaəti və ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın düşməndən azad olunmasını vurğulayıb.